Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nin prezidenti akademik İsa Həbibbəyli Nizamişünasliq şöbəsinin hesabatinda iştirak edib

22-11-2022 [ 13:17 ] [ oxunub:99 ]
printerA+ | A-
102891

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən AMEA İnstitutların şöbələrində və laboratoriyalarında ilin elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat iclasları keçirilməkdədir.

AMEA prezidenti, akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun Nizamişünaslıq şöbəsinin hesabatında iştirak edərək əməkdaşların illik elmi fəaliyyətləri ilə tanış olub, təklif və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin həyat və yaradıcılığının hərtərəfli öyrənilməsinin ədəbiyyatşünaslığımızın əsas prioritet istiqamətlərindən biri olduğunu, İnstitutun Nizamişünaslıq şöbəsində bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü qeyd edib. AMEA-nın prezidenti şöbənin plan işi kimi yerinə yetirdiyi iki cildlik “Nizami Gəncəvi Ensiklopediyası”nın hazırlanması vəziyyətini təhlil edərək tövsiyələrini verib, fikir və mülahizələrini bildirib.

         Hesabat iclasında İnstitutun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı şöbənin plan işlərinin yerinə yetirilmə vəziyyəti və qarşıdakı planlar barədə məlumat verib.

İclasda Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşlarından fil.f.d.,dos. Zəhra Allahverdiyeva, fil.f.d.,dos. Vəfa Hacıyeva, fil.f.d.,dos. Yelena Teyer, fil.f.d.,dos. Təhminə Bədəlova, elmi işçi Hürnisə Bəşirova, kiçik elmi işçi Samirə Əliyeva, kiçik elmi işçi Məsumə Nuriyeva, kiçik elmi işçi Lalə Paşayevanın hesabatları dinlənilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığına həsr edilmiş elmi konfransın keçirilməsi və “Nizami Gəncəvi almanaxı”nın növbəti sayının çapa hazırlanması ilə əlaqədar tapşırıqlar verib.

FOTO QALEREYA