Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Şirindil Alışanlı. Sözün yaşamaq haqqı

28-03-2022 [ 15:51 ] [ oxunub:79 ]
printerA+ | A-
102150

 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb.

Kitaba müəllifin son illər apardığı tədqiqatların yekunu olan, XX əsr Azərbaycan ədəbi prosesinin ideya-estetik mahiyyətini özündə ehtiva edən əsərləri toplanıb. Nəşrdə müxtəlif mətbuat orqanlarına verilmiş müsahibələrdə müasir tənqid və ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri gündəmə gətirilir.

“Sözün yaşamaq haqqı” kitabında “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında”, “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, “Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində”, “Klassikləri oxumağın Həmid Araslı dərsləri” və başqa tədqiqatlar yer alıb.

“Sabah” nəşriyyatında çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir.