Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

Шамиль Салманов .Большой творческий путь.

17-11-2020 [ 10:28 ] [ прочитано:89 ]
printerA+ | A-
100327

Tənqidçi alim Şamil Salmanovun “Böyük yaradıcılıq yolu” (Seçilmiş məqalələr və müsahibələr) kitabı çap olun­muş­dur.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru və  ön sözün müəl­lifi ədəbiyyat nəzəriyyəsi şöbə­si­nin müdiri, filologiya elmləri dok­toru, professor Tahirə Məmməddir.

Kitabı tərtib edən və çapa hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər İsmayılova, rəyçilər: filologiya elmləri doktoru, dosent Məhəmmədəli Mustafayev və filologiya elmləri doktoru, dosent Pərvanə İsayevadır.

Məqalələr mövzu və problemlərə uyğun olaraq üç bölmədə verilmişdir.  Birinci bölmədə Şamil Salmanovun  tənqid və ədəbiyyatşünalığın tarixi və nəzəriyyəsi məsələlərinə həsr olunmuş, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülü və inkişafında mühüm rol oynamış görkəmli alimlərin elmi fəaliyyətlərinin əsas istiqamətlərini əks etdirən məqalələri yer alıb.

Kitabın ikinci bölməsinə alimin müasir Azərbaycan şeirinin müxtəlif nəsilləri təmsil edən nümayəndələrinin yaradıcılıq irsinin təhlillərinə həsr olunmuş məqalələri daxil edilib.

Üçüncü bölmədə isə görkəmli tənqidçinin müsahibələri-ədəbi proses və ədəbi tənqidlə bağlı fikir və mülahizələri yer alıb. 

 

 

Другие новости