Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

DISSERTATION COUNCIL

Mushvig Madat oghlu Chobanov. "Development direction of Azerbaijani literature in Georgia (1960-2010)"-defence of the thesis

15-03-2017 [ 14:56 ] [ read:609 ]
A+ | A-
fancybox

Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclası olub.
 
İclası giriş sözü ilə Dissertasiya şurasının sədr müa­vini, Nizami adına Ədəbiyyat İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, pro­fessor Məm­məd Əli­yev açaraq, əvvəl­lcə gündəlikdə duran cari məsə­lələr haqqında dissertasiya şurasının üzv­lərinə mə­lumat verib. Sonra "Ziya” qəzetinin və “Zim.Az” saytının baş redaktoru Müşfiq Bor­ça­lının (Müşviq Mədəd oğlu Ço­ba­novun) "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığı disser­tasiya işi müdafiə olu­nub.
 
Professor Məm­məd Əli­yev müdafiəyə təqdim olunan dis­sertasiyanın aktual­lığından və əhəmiy­yətindən söz açıb, bu mövzunun heç də təsadüfi ol­madığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Ni­za­mi adına Ədə­­­biyyat İns­titu­tu­nun "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin əsas elmi tədqi­qat is­ti­­­qa­mətlərinə uyğun bir şəkil­də hazırlanıb. Dis­ser­tan­tın elmi rəhbəri, AMEA-nın vitse-prezi­denti, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğ­lu HƏBİB­BƏYLİdir. Dis­­­ser­tasiyanın möv­zusu AM­EA Nizami adına Ədə­biy­­yat İnstitu­nun Elmi Şu­ra­­sın­da və Azər­baycan Res­pub­likası Elmi Təd­qi­qatla­rın Əla­­qə­lən­dirilməsi Şu­ra­sı­nın Fi­lo­logi­ya Prob­lemləri üz­rə El­mi Şurasında təsdiq olunub, AMEA Niza­mi adı­­­­na Ədə­­biy­yat İnsti­tutunun "XX əsr (so­vet dövrü) Azər­baycan ədə­biy­yatı" şöbə­sin­­də və institutun elmi se­­mina­rın­da mü­zakirə olu­­na­raq açıq mü­dafiəyə bu­raxılıb. Tədqi­qatın əsas elmi nəti­cələri iddiaçının nəşr olun­muş kitabla­rında, müx­­təlif el­mi nəşr­lər­də dərc et­dirdiyi məqalə və te­zis­­­lərin­də, beynəlxalq kon­frans­lar­dakı mə­ruzələrində öz əksini tapıb.