Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məqalələr

Aynurə Paşayeva. 95 yaşın mübarək, "Azərbaycan" jurnalı!

12-01-2018 [ 08:27 ] [ oxunub:536 ]
A+ | A-

Milli mətbuatımızın əvəzsiz örnəklərindən olan "Azərbaycan" jurnalı ədəbi fikir tariximizdə ciddi rol oynamış nadir ədəbi mətbu orqanlardan biridir.  
Neçə-neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü deyib, ədəbi istedadını nümayiş etdirib. XX əsrin elə bir yazarı tapılmaz ki, "Azərbaycan" jurnalının qapıları onun üzünə açılmasın. Dövrün gənc yazıçılarının söz, qələm tribunası olan "Azərbaycan" jurnalı haqqında Nəbi Xəzrinin "Biz hamımız "Azərbaycan" jurnalının şinelindən çıxmışıq" ifadəsi tam yerində işlənib.

1920-ci illərdə yeni ədəbi əsərlərin daha geniş oxucu auditoriyasına çatdırılması üçün irihəcmli mətbu orqana ehtiyac yarandı. Bu ehtiyacın zərurəti və maarifin işlərinə, ədəbiyyatın, incəsənətin inkişafına kömək etmək məqsədi ilə Azərbaycan Xalq Maarif Komissarlığının 14 oktyabr 1922-ci il tarixli kollegiya iclasının qərarı ilə 1923-cü il yanvar ayının 28-də "Maarif və mədəniyyət" jurnalı nəşrə başlayır. Jurnal Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif komissarı Mustafa Quliyev və komissar müavini Tağı Şahbazinin (Simurq) təşəbbüsü ilə yaranmışdı. "Maarif və mədəniyyət" jurnalına materiallar vaxtında toplanmadığı və mətbəə təşkili işi yubandığı üçün jurnal həmin il deyil, 1 il sonra çap olunub...

https://525.az/site/?name=xeber&news_id=92548#gsc.tab=0