Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Aynur Xəlilova Prezident təqaüdünə layiq görülüb

02.06.2026 | 16:00

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan ədəbiyyatşünas-alim Aynur Xəlilova çoxlu sayda elmi-nəzəri və ədəbi-tənqidi əsərlərin müəllifidir.
Qeyd edək ki, Prezident təqaüdü Azərbaycan Yazıçılar Birliyinin təqdimatı əsasında Birlikdə təmsil olunan və yaradıcılığı ilə fərqlənən şəxslərə verilir.