Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyatşünas alimlərimiz Gəncə Dövlət Universitetində ustad dərsləri keçdi

21.05.2026 | 12:00

19 may 2026-cı il tarixdə Gəncə Dövlət Universitetində Azad Həmkarlar İttifaqı Komitəsi, Filologiya və xarici dillər fakültəsi, həmçinin bilavasitə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilmişdir. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasında önəmli rolundan bəhs edib.

Ədəbiyyatşünas alimlərimiz qədim Gəncə şəhərində, Şeyx Nizaminin yurdunda, 80 yaşlı Gəncə Dövlət Universitetində Xalq şairi Səməd Vurğuna həsr olunmuş yubiley tədbirində eştirak ediblər.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova ustad dərsi keçiblər.

Qədim Gəncə şəhərində, Şeyx Nizaminin yurdunda, 80 yaşlı Gəncə Dövlət Universitetində Xalq şairi Səməd Vurğuna həsr olunmuş yubiley tədbiri və ustad dərsləri yüksək səviyyədə, qədirşünaslıqla təşkil olunmuşdu.