Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunda “Humanitar elmlərdə süni intellektin tətbiqi” adlı tədbir keçirilib

20.05.2026 | 14:00

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Humanitar elmlərdə süni intellektin tətbiqi” proqramının “Nəzəri baza” adlı 1-ci moduluna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İnstitutun gənc alimləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsallaşma və süni intellekt sahəsində görülən işlərdən  danışıb. Bildirib ki, müasirliyin tələbi olan rəqəmsallaşma da humanitar elmlərdə tətbiq edilməlidir. Süni intellek bizimlə addımlayaraq dostumuza çevrilməlidir – deyə ondan düzgün istifadənin faydalarını vurğulayıb.
Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin əməkdaşı Aygün Əliyeva mövzu ilə bağlı təlim keçib, iştirakçıların suallarını cavablandırıb.