Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq nəşrdə

01.05.2026 | 14:00

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin Brill nəşriyyatında işıq üzü
görmüş “Exploring Intersections between Nizami and Dante: Before and after Medievality”
(“Nizami ilə Dante arasındakı kəsişmələrin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra”) adlı
kitabda məqalələri dərc olunub. Brill (Brill NV) 1683-cü ildə təsis edilmiş və Niderlandda
yerləşən beynəlxalq akademik nəşriyyatdır. Şirkət humanitar və sosial elmlər, hüquq, beynəlxalq
münasibətlər, biologiya və digər elmi fənlər üzrə kitablar, jurnallar və elektron resursların nəşri
üzrə ixtisaslaşıb.
Kitabda filologiya elmləri doktoru Tahirə Məmmədin “Comparison of Attitudes towards
Religious Saints in the Work of Nizami and Dante” (Nizami və Dantenin əsərlərində dini
müqəddəslərə münasibətin müqayisəsi”) və mərhum filologiya elmləri doktoru Pərvanə
İsayevanın “Synergetic Aspects of the Artistic Text Based on Nizami`s Iskandar-Nama”
(“Nizaminin “İskəndərnamə” əsərinə əsaslanan bədii mətnin sinerjistik aspektləri”) məqalələri
yer alıb. Toplunun məsul redaktorları professor Rahilə Qeybullayeva, Nunzio Ruggiero və Maria
Teresa Giaverididir.