Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyatşünas alimlərimiz Şimali Kipr-də Türk Dünyası Uşaq ədəbiyyatı toplantısında

24.04.2026 | 14:00

Aprel ayının 20-21 tarixlərində  Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada yerləşən Atatürk Öğretmen Akademiyasında Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumunun təşkilatçılığı ilə “Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı” keçirilir. Beynəlxalq tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun ədəbiyyatşünas alimləri Elnarə Akimova və Aygün Bağırlı  iştirak edirlər. Türkiyə, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Makedoniya və Kosovodan olan alimlər, yazıçılar, naşirlər, ümumiyyətlə, uşaq ədəbiyyatı mütəxəssislərinin bir araya gəldiyi bu beynəlxalq platformada filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, millət vəkili Elnarə Akimova milli kimliyin, dilin və ortaq mədəni yaddaşın uşaq ədəbiyyatı formalaşmasındakı mühüm rolundan danışıb. Ədəbiyyatşünas alim bu istiqamətdə təkliflərini bildirərək,  belə görüşlərin ortaq ədəbi düşüncənin güclənməsinə, yeni əməkdaşlıqların yaranmasına və türk dünyasında daha keyfiyyətli uşaq ədəbiyyatı nümunələrinin formalaşmasına mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.  Məruzə və təklifləri ilə çıxış edən Aygün Bağırlı  uşaq ədəbiyyatına ayrılan sərmayənin əslində  bütün Türk dünyasına sərmayə qoymaq anlamına gəldiyini  bildirərək qeyd edib ki türkdilli uşaq ədəbiyyatı,  uşaqların mütaliə etdiyi hekayələr onların Türk birliyinə, Türk dünyası gələcəyinə baxışlarını formalaşdran əsas amildir.