“Xatirələrdəki Yusif Səmədoğlu” kitabı işıq üzü görüb
Azərbaycan Respublikası Prezidentinin “Yusif Səmədoğlunun 90 illik yubileyinin qeyd olunması haqqında” 2025-ci il 4 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Xatirələrdəki Yusif Səmədoğlu” kitabı nəşr olunub.
Nəşrdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Afaq Məsud, Xalq şairləri Vaqif Səmədoğlu, Fikrət Qoca, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq artistləri Həsənağa Turabov, Həsən Məmmədov, tanınmış qələm sahibləri Vaqif Bayatlı Odər, Abbas Abdulla, Seyran Səxavət, Vaqif Yusifli, Arif Əmrahoğlu, Ayaz Vəfalı, Məti Osmanoğlu, Natəvan Dəmirçioğlu, Aygün Bağırlı, Gülbəniz Əzimzadə, Yeganə Dilbazi və Pərvinin görkəmli yazıçının həyat və yaradıcılığı haqqında memuarları, habelə qüdrətli söz ustadının ailə üzvlərinin xatirələri toplanıb.
“Azərnəşr”də işıq üzü görən kitabın tərtibçisi və redaktoru Fərid Hüseyndir.