☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Gülnar Səma. “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri”

İstinad üçün: G. Səma  “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri”

(G. Babayeva elmi red.; V. Əhməd, C. Məmmədli, Ü. Hüseynova  Rəyçilər). Bakı: Elm və təhsil. 2026. – 156 səh.

Annotasiya: “Elm və həyat” jurnalının nəşr tarixinə ilk dəfə olaraq bütöv halda münasibət bildirilib. Orada çap olunan ədəbiyyatla bağlı müxtəlif janrlarda və mövzularda olan yazılar tədqiq olunub. 1961-ci ildən bu günə qədər nəşri davam edən jurnalın səhifələrində yer alan ədəbi mövzular çap olunma ardıcıllığına görə öyrənilib.

Əsas məzmun: Nəşrin birinci bölümündə jurnalın sovet dövründə işıq üzü görən saylarında yer almış ədəbiyyat məsələlərinə münasibət bildirilib. İkinci bölümdə isə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra “Elm və həyat” jurnalında yer ayrılan ədəbi mövzular təhlil və təqdim olunub.