Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Dilarə Adilgil. Söz səfərinin sarvanları

İstinad üçün: Dilarə Adilgil -Adilova (2026). Söz səfərinin sarvanları. Elm. red.; Asif.Rüstəmli; rəyçi Sara Osmanlı, Ön sözün müəl. Akademik Nizami Cəfərov. Elm və təhsil.

Annotasiya: Kitabda ədəbi portretlər, resenziyalar, yeni nəsil ədəbiyyatı, hətta dilçiliyin predmeti oolan antroponimlərə aid orijinal məqalələr, Türk mətbuatında dərc edilmiş yazılar və s. toplanmışdır.  Şərti təsnifat predmeti, mövzu başlıqları altında toplanmış bədii-publisistik və elmi xarakterli mətnlər xronoloji ardlıcıllıqla təqdim olunur. 

Əsas məzmun: Müəllif “milli ədəbi hadisələri dünəndən bu günə qədər daha dərindən, daha sistemli, daha əyani dərk etməyin geniş bir mənzərəsini (ədəbi portretlər qalereyasını!) yaratmaqla özünəməxsus bir ədəbiyyatşünas üslubu nümayiş etdirir”. (akademik Nizami Cəfərov).  Ədəbiyyatımızın tanınmış simalarından  Mir Cəlal, İmran Qasımov, Həsən Seyidbəyli, Qasım Qasımzadə, Hüseyn Kürdoğlu, Davud Nəsib və başqalarının həyat və yaradıcılığına həsr olunmuş yazılarda Dilarə Adilgilin özünəməxsus tədqiqatçı rəyi öz əksini tapmışdır.  Müəllifin  “Ədəbi portretlər”, “İnteryerdə portretlər”, “Əfəndiyevlər”, “Yeni nəsil ədəbiyyatı”, “Resenziya, Dəyərləndirmə, analiz”, “Türk mətbuatında”  başlıqlı bölmələrdəki incələmələrində  emosional-ekspressiyanın elmi dərklə orijinal sintezi müşahidə olunur.