Ədəbiyyat İnstitutunun növbəti Elmi şurası keçirilib
06.07.2026 | 15:00AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Tədbirdə elmi şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər. İclas AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin sədrliyi ilə baş tutub.
Akademik İsa Həbibbəyli institutun yarımil ərzində gördüyü işlərdən danışıb. Gələcək perspektivlər haqqında məlumat verib.
İclasda Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2025” Yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında məlumat verib.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Ədəbiyyat İnstitutunun çap və müsabiqə məsələləri haqqında məlumat verib. Məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib.