"Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: Konsepsiyalar və fəaliyyətlər" adlı beynəlxalq elmi konfrans (Pekin, 18-19 noyabr 2025)
18.11.2025 |14:37
Çinin paytaxtı Pekin şəhərində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə "Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: Konsepsiyalar və fəaliyyətlər" adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransa Avropa və Asiya ölkələrindən 15-dən çox dövlətin təmsil olunduğu 60-dan artıq iştirakçı qatılıb Beynəlxalq tədbirdə ölkəmizi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Nərgiz Kərimova təmsil edib. O, "Bir kəmər bir yol təşəbbüsü kontekstində Çin-Azərbaycan əlaqələri: Tarixi İpək yolundan ədəbi dialoqa" adlı məruzə ilə çıxış edib. Konfrans çərçivəsində iştirakçılar elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, təcrübələrini bölüşüb, gələcəkdə birgə layihələr üçün imkanları qiymətləndiriblər.